"Xəzər Lənkəran"ın akademiyasının həftəsi: U-16-dan böyükhesablı qələbə

"Xəzər Lənkəran"ın akademiyasının həftəsi: U-16-dan böyükhesablı qələbə

Bu həftə futbol üzrə aşağı yaş qrupları liqalarının başlanması ilə əlamətdar oldu. SİA-nın məlumatına görə, bazar ertəsi U-17 Liqasının ilk turunda "Sumqayıt" – "Xəzər Lənkəran" matçı 2:2 hesablı heç-heçə ilə nəticələndi. Çərşənbə axşamı U-15 Liqası çərçivəsində "Xəzər Lənkəran" "Neftçi"ni qəbul etdi. Bu oyunda da cənub təmsilçisi bir xal qazandı - 1:1.

Heç-heçələrlə bol həftəyə növbəti gün "Xəzər Lənkəran"ın U-19 komandası davam etdi. Səfərdə "Əlincə" ilə qarşılaşan Hafiz Əliyevin yetirmələri də ilk turda meydandan sülhlə ayrıldı - 1:1.

Mərkəzi stadionun ehtiyat meydançasında "Neftçi" İK İB-ni qəbul edən "Xəzər Lənkəran" U-16 komandası rəqibi darmadağın etdi - 5:0. Komandanın heyətində qolları Kənan Səfərov, Kamal Dənziyev, Hikmət Nağıyev, İbrahim Qədirzadə və Nəriman Mirizadə vurdular. Həmin matçın icmalını diqqətinizə çatdırırıq:

Bütün xəbərlər Facebook səhifəmizdə