Serbiyada keçiriləcək futzal üzrə Avro-2016-nın əsas seçmə mərhələsində Azərbaycan milli komandasının mübarizə aparacağı komandalar müəyyənləşib. SİA-nın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilmiş püşkatmanın nəticələrinə əsasən, millimiz Ukrayna, Belçika yığmaları və ilkin seçmə mərhələnin A qrupunun qalibi olacaq komanda ilə birgə 4-cü qrupda yer alıb. İlkin seçmə mərhələnin A qrupunda Yunanıstan, Bolqarıstan, Danimarka və Cəbəllüttariq milliləri mübarizə aparacaq.
Millimizin yer aldığı qrupun oyunları Bakıda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB