"Liverpul" futbol klubu heyətini "Napoli"nin hücumçusu Qonsalo İquainlə gücləndirmək istəyir. "Liverpul" argentinalı futbolçuya görə qarşı tərəfə 45 milyon avro ödəməyə hazırdır. İyirmi altı yaşlı forvard da cari mövsümə uğursuz başlayan komandanı tərk etməyin əleyhinə deyil.
Xatırladaq ki, İquain ötən ilin yayında 40 milyon avro müqabilində "Real"da Neapol klubuna keçmişdi. "Liverpul" mövsümün sonunda onun transferi üçün "Napoli" ilə danışıqlara başlamağı planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB