Bu gün "İnter" Peşəkar İdman Klubunun 10 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Beynəlxalq Bankının (ABB) AFFA-nın, PFL-in, Premyer Liqada iştirak edən komandaların rəhbərliyi, eləcə də futbol ictimayyətinin nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.
ABB idarə heyəti sədrinin birinci müavini Emil Mustafayev klub nümayəndələrini bankın rəhbərliyi adından təbrik edib və "İnter" komandasına uğurlar arzulayıb.
AFFA-nın baş katibi Elxan Məmmədov klubların belə tədbir keçirməsini alqışlayıb və "İnter" klubuna fəaliyyətində müvəffəqiyyətlər diləyib.
"İnter" PİK-in prezidenti Georgi Nikolov tədbir iştirakçılarını salamlayıb və klubun uğurlarında əməyi olan bütün şəxslərə minnətdarlığını bildirib.
Sonra klubun xatirə hədiyyələri və fəxri diplomları təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB