Bakı 2015 Avropa Oyunları beynəlxalq media nümayəndələri üçün seminar təşkil edib

Bakı 2015 Avropa Oyunları beynəlxalq media nümayəndələri üçün seminar təşkil edib

Bu gün Bakı 2015 Avropa Oyunları Avropa Milli Olimpiya Komitələri, kommunikasiya menecerləri və beynəlxalq media nümayəndələri üçün birinci Kommunikasiya seminarını təşkil edib. SİA-nın məlumatına görə, iki günlük proqramda Avropadan 62 nümayəndə Bakı 2015-in İdman obyektlərini ziyarət edəcək və Avropa Oyunları üçün nəzərdə tutulmuş ən son yeniliklərlə bağlı seminarlarda iştirak edəcəklər.

Bakı 2015-in bir neçə şöbəsi, İdman, Nəqliyyat, Mətbuat Əməliyyatları, Yayım və Kommunikasiyanın yüksək vəzifəli nümayəndələri daxil olmaqla iştirakçılar üçün təqdimatlar keçirəcəklər.

"Biz ilk Avropa Oyunları ilə əlaqədə olan Avropanın Milli Olimpiya Komitələrinin kommunikasiya komandaları və onların media nümayəndələri ilə yeni münasibətlərin əsasının qoyulmasını səbirsizliklə gözləyirik. Seminara qatılan insanların dəstəyi və əməkdaşlığı bizim üçün bütün qitəni növbəti yay Oyunlarını necə təşkil etməyimiz və Azərbaycanda gedən işlər barədə məlumatlandırmaq baxımından çox mühümdür."- deyə, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq bildirib.

Gələn il Bakı 2015 Avropa Oyunlarına bütün qitədən 1000-dən çox jurnalistlə bərabər, hər ölkədən kommunikasiya rəsmiləri qatılacaq.

"Bu həftəsonu Avropa Oyunları haqqında daha çox öyrənmək və Bakı 2015-in Oyunlar zamanı necə fəaliyyət göstərəcəyini bilmək üçün olduqca əvəzolunmaz şansdır. Bir çox millətlər Azərbaycanda ilk dəfə olaraq yarışacaqlar. Buna görə də gələn il idmançılarımızın bu ölkəni ziyarət etməsi vacibdir" deyə, Britaniya Olimpiya Assosiasiyasının Kommunikasiya üzrə direktoru cənab Adrian Basset söyləyib:

Gələn il 17 müsabiqə günü ərzində xəbər saytları, qəzetlər, radio və televiziya kanalları 6000 idmançının iştirak etdiyi Oyunları işıqlandıracaqlar.

"İlk dəfə olaraq keçirilən Avropa Oyunlarında Milli Olimpiya Komitələrinin yaxından iştirakına nail olmaq bizim üçün çox vacibdir və biz İlk Avropa Oyunlarının əks-səda doğurması üçün onlarla sıx əməkdaşlıq edirik. Seminar, bizim Avropa daxilində Milli Olimpiya Komitələri, idmançılar, media və azarkeşlərlə səmərəli ünsiyyət qurduğumuza əmin olmaq baxımından mühüm şansdır"-deyə, Bakı 2015-in Kommunikasiya şöbəsinin direktoru Uilyam Lui-Mari deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə