DÇ-də qrup ötüşmələri başlayır

DÇ-də qrup ötüşmələri başlayır

İspaniyanın Ponferrada şəhərində şose velosipedi üzrə dünya çempionatı sona yaxınlaşmaq üzrədir. SİA-nın məlumatına görə, planetin ən güclülərinin mübarizə apardığı yarışda Azərbaycan müxtəlif yaş qrupları üzrə 6 velosipedçi ilə təmsil olunur.

Fərdi ötüşmələr başa çatdıqdan sonra velosipedçilərə bir günlük istirahət verilib və bu gündən etibarən qrup ötüşmələri start götürür. Bakı vaxtı ilə saat 16:00-dan etibarən U-23 yaş kateqoriyasında çıxış edən idmançıların 182 km məsafəyə mübarizəsi başlayacaq.

Xatırladaq ki, Azərbaycan bu kateqoriyada 3 idmançı ilə təmsil olunur. Bunlar "Synergy Baku" kontinental komandasının da şərəfini qoruyan Tural İsgəndərov, Samir Cəbrayılov və Ənvər Asanovdur.

Sabah isə Elgün Əlizadə və Kənan Qəhrəmanlıdan ibarət gənclər yığmamız qrup ötüşməsində çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə