Bu gün voleybol üzrə qadınlar arasında keçirilən dünya çempionatında istirahət günüdür. SİA-nın məlumatına görə, 24 ölkənin mübarizə apardığı çempionatda Azərbaycan milli komandası artıq 3 görüş keçirib və bunlardan 2-sini qələbə ilə başa vurub. İlk gün qızlar Yaponiya millisini 3:2 hesabı ilə məğlub edib. İkinci gün komandamız Çin yığmasına 0:3 hesabı ilə məğlub olub. Dünən isə Aleksandr Çervyakovun yetirmələri Puerto Riko milisini 3:2 hesabı ilə məğlub edərək D qrupunda 4 xalla III pillədə qərarlaşıb.
Ən güclü tanınmış voleybolçuların iştirak etdiyi dünya çempionatında bu günə olan nəticələrə görə, Polina Rəhimova bombardirlər siyahısında 74 xalla I yerdədir. Oksana Porxomenko ən yaxşı oyun qurucu kimi 5-ci, Kseniya Kovalenko blokda ən yaxşı oynayan voleybolçu kimi VI pillədə qərarlaşıb.
Qeyd edək ki, qrup mərhələsində ilk dördlükdə olan komandalar II mərhələyə yüksələcəklər.
Milli komandamızın görüşləri:
27 sentyabr. 13:30. Azərbaycan – Belçika
28 sentyabr. 13:30. Azərbaycan - Kuba
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB