İspaniyanın Ponferrada şəhərində şose velosipedi üzrə dünya çempionatı davam edir. Planetin ən güclülərinin mübarizə apardığı yarışda Azərbaycan müxtəlif yaş qrupları üzrə 6 velosipedçi ilə təmsil olunur.
Sentyabrın 24-də elit yaş qrupunda çıxış edən velosipedçilər fərdi ötüşmədə (time trial) ən güclüləri müəyyənləşdirəcəklər. Altımış dörd velosipedçinin çıxış etdiyi bu qrupda Azərbaycanı iyunda keçirilən ölkə çempionatının qalibi, "Synergy Baku" kontinental komandasının şərəfini qoruyan Elçin Əsədov təmsil edir.
Artıq üç idmançımız fərdi ötüşmədə qüvvəsini sınayıb - U-23 yaş qrupunda çıxış edən Tural İsgəndərov 55-ci, 18 yaşadək velosipedçilər arasında isə Elgün Əlizadə və Kənan Qəhrəmanlı müvafiq olaraq 64-cü və 66-cı olublar.
Sentyabrın 26-da Tural İsgəndərov, Samir Cəbrayılov və Ənvər Asanovdan ibarət U-23 yığmamız, sentyabrın 27-də isə Elgün Əlizadə və Kənan Qəhrəmanlıdan ibarət gənclər yığmamız qrup ötüşməsində çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB