“Liverpul” - “Midlsbro” oyununda qapılara 31 penalti vurulub

“Liverpul” - “Midlsbro” oyununda qapılara 31 penalti vurulub

Futbol üzrə İngiltərə kuboku yarışlarının 1/16 final mərhələsi çərçivəsində keçirilən "Liverpul" - "Midlsbro" matçında maraqlı hadisə yaşanıb.

Görüşün əsas və əlavə vaxtı heç-heçə yekunlaşıb - 2:2. Bu səbəbdən də qalib penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyası isə xeyli uzanıb. Belə ki, komandalar hərəyə 15 penalti yerinə yetiriblər. Yekunda "Liverpul" 14:13 hesabı ilə qalib gələrək, mərhələ adlayıb. Hər iki komandanın heyətində 4 futbolçu penaltini 2 dəfə yerinə yetirib.

"Midlsbro" əlavə vaxtda cavab qolunu penaltidən vurduğundan matçda ümumilikdə 31 penalti zərbəsi yerinə yetirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə