AFFA və "Bakcell" şirkəti Bakıda Mançester Yunayted Futbol Məktəbini təqdim etdi FOTOLAR
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və İngiltərənin "Mançester Yunayted" futbol klubu ilə əməkdaşlıq çərçivəsində iki il ərzində Mançester Yunayted Yay Futbol Məktəbinin uğurla həyata keçirilməsinin ardından Bakıda Mançester Yunayted Futbol Məktəbinin açıldığını elan edib. SİA-nın məlumatına görə, ilkin mərhələdə Akademiyanın istedadlar qruplarında 32 uşaq təlim keçəcək. İstedadlar qruplarında təhsil ödənişsizdir.
İstedadlar qrupları və kommersiya əsaslı qruplar iki yaş qrupu üzrə təşkil olunacaq:
1) U8/U9 - (2006 və 2007-ci il təvəllüdlü) - 16 uşaq
2) U10/U11 - (2004 və 2005-ci il təvəllüdlü) - 16 uşaq
Hər bir kateqoriya üzrə uşaqları "Mançester Yunayted" klubunun ezam olunmuş məşqçiləri seçəcəklər.
Məşqlər Mançester Yunayted Futbol Məktəbindən ezam olunan məşqçilər və iki nəfər yerli məşqçi assistent tərəfindən keçiriləcək. Məşqlərdən əvvəl uşaqlara ingilis dili tədris olunacaq (həftədə ən azı iki dəfə).
Futbol Məktəbinə qeydiyyat 15-22 sentyabr tarixləri arasında keçirilib. İstedad qruplarına seçim isə sentyabrın 23-də "Bayıl Arena" stadionunda aparılıb.
AFFA-nın prezidenti Rövnəq Abdullayev: "Bakcell" şirkətinin dəstəyi ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və milyonlarla azarkeşi olan İngiltərənin dünya şöhrətli "Mançester Yunayted" klubunun birgə həyata keçirdikləri bu layihə - Mançester Yunayted Futbol Məktəbinin Bakıda fəaliyyətə başlaması - ölkənin futbol həyatında çox önəmli bir hadisədir. Bakıda fəaliyyət göstərəcək bu futbol məktəbi ölkədə futbolun keyfiyyət səviyyəsinin yüksəldilməsində xüsusi rol oynayacaq. Həftədə ən azı iki dəfə təşkil olunacaq məşqlərdən öncə uşaqlara ingilis dili dərsləri keçiriləcək ki, bu da, həmçinin, təqdirəlayiq bir haldır. Ümidvaram ki, Mançester Yunayted Futbol Məktəbinin Azərbaycanda həyata keçirəcəyi işlər çox qısa bir zamanda öz bəhrələrini verəcək və burada təlim keçən uşaqlar ölkə futboluna öz layiqli töhfələrini verə biləcəklər. Biz, AFFA-nın adından "Bakcell" şirkətinə və "Mançester Yunayted" klubuna səmimi qəlbdən təşəkkürümüzü bildiririk".
"Bakcell" iki il ərzində AFFA və "Mançester Yunayted" klubu ilə əməkdaşlıq şəraitində Mançester Yunayted Yay Futbol Məktəbini uğurla təşkil edib. Bu layihədə iştirak edən uşaqların böyük uğurları bizi Mançester Yunayted Futbol Məktəbini Azərbaycana gətirməyə ruhlandırdı. Bu uşaqların sayəsində biz Azərbaycan futbolunun böyük potensiala malik olduğunu gördük və daha böyük imkanları Azərbaycan futboluna yaxın gətirməyə qərar verdik. Mən inanıram ki, Mançester Yunayted Futbol Məktəbi bundan öncə təşkil etdiyimiz yay futbol məktəbi kimi uğurlu layihə olacaq və biz gələcəkdə bundan da yaxşı nəticələri sizinlə bölüşəcəyik", deyə "Bakcell" şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.
Xəbər lenti
"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 23:02Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



