Güləşçilər “Gələcəyin Olimpiyaçıları” turnirində sınaqdan keçiriləcək

Oktyabrın 2-3-də Hövsan Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə kiçik yaşlı yeniyetmələr arasında "Gələcəyin Olimpiyaçıları" adlı açıq Respublika turniri keçiriləcək. SİA-nın məlumatına görə, turnirin məqsədi ölkəmizdə sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkar etmək, yarışın nəticələrinə əsasən perspektivli idmançıları yığma komandaya cəlb etmək, həmçinin xarici ölkələrin və MDB ölkələrinin idmançıları ilə dostluq əlaqələrini möhkəmləndirməkdir.

Yarışlarda müxtəlif çəki dərəcələrində 2000-2001-ci il təvəllüdlü yeniyetmələr iştirak edə bilər. 2002-ci il təvəllüdlü idmançılar valideynlərin razılığı və həkim arayışı ilə yarışa buraxılır. Turnirdə rəqabəti artırmaq məqsədilə Türkiyə, İran, Ukrayna, Qazaxıstan, Rusiya və Gürcüstan komandalarının iştirakı nəzərdə tutulub.

Yarışın hazırlanmasına və keçirilməsinə Azərbaycan Güləş Federasiyası rəhbərlik edir. Yarış Dünya Güləş Birliyinin mövcud qaydaları əsasında keçiriləcək və görüşləri Azərbaycan Güləş Federasiyanının təsdiq etdiyi hakimlər kollegiyası idarə edəcək.

Fəxri kürsünün ilk üçlüyündə qərar tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...