Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Bakıda İlk dəfə gənclərarası müasir polo yarışması keçirilib. SİA-nın məlumatına görə, layihənin keçirilməsində məqsəd gəncləri Azərbaycanda yaranmış kreativ və qeyri-adi tərzdə olan çövkən-polo oyunu ilə bağlı məlumatlandırmaq və bu oyun üzrə yarış təşkil etməkdir. Bu barədə məlumat verən layihə rəhbəri Seymur Nuriyevin sözlərinə görə burada yarışa müasirlik və maraq qatan atların əvəzinə velosipedlərdən istifadə olunmasıdır: "Bütün iştirakçılar at əvəzinə velosipedlərlə təchiz olundu. Yarışda hər birində 3 nəfər olmaqla 8 komanda iştirak etdi. Turnir olimpiya sistemi üzrə keçirildi".
Xatırladaq ki, sonda qaliblər layihə təşkilatçıları və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən qiymətli hədiyyələrlə təltif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB