Topaz Premyer Liqasında 6-cı turun ilk oyunu keçirilib. "Bakı"nı qəbul edən "İnter" 7:0 hesablı qələbə qazanıb. Matçdan sonra "İnter"in baş məşqçisi Kaxaber Sxadadze fikirlərini bildirib: "Oyun bizim üçün yaxşı keçdi. Bütün futbolçularıma mükəmməl oyuna görə təşəkkür edirəm. Bu oyuna psixoloji cəhətdən köklənməyimiz vacib idi. Bilirsiniz ki, "Qarabağ" klubu qrup mərhələsinə düşdükdən sonra məhz "Bakı" ilə oyunda xal itirmişdi. Biz 3 qol vurduqdan sonra ötürmələrdə müəyyən səhvlər etdik. Amma bir müddət sonra hər şey yenidən qaydasına düşdü. Oyundan sonra futbolçulara dedim ki, bu hesabı unudun. Çünki, bizi qarşıda AZAL ilə çox çətin oyun gözləyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB