"Hücumda oynasaq da, komandamızın müdafiəsindən daha çox razı qaldım. Oyunda qol çatışmadı. Rəqib də gözəl futbol nümayiş etdirdi. İstərdim ki, qol vurub azarkeşlərimizi sevindirək. Amma, avrokuboklarda ilk xalımızı qazandıq. Həm futbolçulara, həm də azarkeşlərimizə çox sağ ol deyirəm. Bu gün bir daha güclü millət olduğumuzu hiss etdim. Meydanda bayrağın dalğalanması çox xoş idi". SİA-nın məlumatına görə, bu sözləri Avropa Liqasının qrup mərhələsində "Sent Etyen"lə qarşılaşmadan sonra "Qarabağ" klubunun məşqçisi Qurban Qurbanov deyib.
O, komandasının oyununu şərh edib: "Rəqib əks hücüma daha çox mərkəzdən başladığı üçün, Reynaldo müdafiəyə də kömək edirdi. Hücumda olan tərəf daha çox bizim olduğumuzu düşünürəm. Əgər belə davam etsək, 3 xal da gələcək. Bir xal da yaxşıdır. Ən azından məğlub olmadıq. İlk düşündüyümüz məğlub olmamaq, sonra qələbə qazanmaq idi. Dəfələrlə demişəm ki, bizim komandalarımız və çempionatımız Avropanın orta səviyyəli çempionatları ilə bərabərdir. Bu kimi oyunlar bizdə əzm yaradır.
Müdafiə futbolu o demək deyil ki, 4 futbolçu müdafiədə oynasın. Bütün komanda müdafiəyə kömək edirdi. Rəşad Sadıqov zədədən sonra özünü tam hazırlaya bilməyib. Oyundan-oyuna optimal formasını yığacağına inanıram. Vüqar Nadirovun oyunundan da razı qaldım. Meydana çox istəkli çıxdı. Əlindən gələni edirdi ki, nəticə əldə edək. Bəlkə də, oyunda daha çox nəticə gözləyirdik. Onun mövqeyini iki dəfə dəyişdim. Bu gün rəqibin müdafiəsi heç də zəif deyildi. Çumbinyonun zədəsi deyəsən ciddidir. Qarşıdakı oyunlarda oynayıb-oynamayacağı sabah bilinəcək. Hər bir xal bizim üçün qazancdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB