111 nəfər arasında 10-cu FOTO

Azərbaycanın şose velosipedi üzrə U-23 yığma komandası və "Synergy Baku" kontinental komandasının üzvü Tural İsgəndərov İtaliyada 23 yaşadək velosipedçilər arasında təşkil olunan birgünlük "Custoza" Qran-Prisində mübarizə aparıb. SİA-nın məlumatına görə, kifayət qədər çətin marşrutu ilə diqqət çəkən yarış velosipedçimizin uğurlu çıxışı ilə yadda qalıb.

125 km-lik mübarizənin yekununda yalnız 18 velosipedçi finiş xəttinə yetişə bilib ki, onların arasında həmvətənimiz də var. T.İsgəndərov yarış qalibindən 2 dəqiqə, 20 saniyə geri qalmaqla 10-cu nəticə göstərib və təşkilatçılar tərəfindən xüsusi mükafata layiq görülüb.

Qeyd edək ki, velosipedçimiz sentyabrın 21-28-də İspaniyada keçiriləcək dünya çempionatında da mübarizə aparacaq və bu yürüşlər ilin əsas yarışına hazırlıq xarakteri daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə