“Xəzər Lənkəran” hazırlığını davam etdirir

“Xəzər Lənkəran” hazırlığını davam etdirir

Topaz Premyer Liqasının VI turu çərçivəsində "Araz Naxçıvan"ı qəbul edəcək "Xəzər Lənkəran" hazırlığını Lənkəranda davam etdirir. SİA-nın məlumatına görə, Lənkərandakı bazasında iki gündür ki, məşqlərini bərpa edən "Xəzər Lənkəran" bu gün axşam hazırlığından sonra sabah oyunöncəsi məşqini də tamamlayıb, matç saatını gözləyəcək.

Xatırladaq ki, "Xəzər Lənkəran" - "Araz Naxçıvan" matçı sentyabr ayının 20-də saat 19.00-da start götürəcək və "Xəzər Lənkəran" TV vasitəsilə canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə