Avropa Liqasının qrup mərhələsinin ilk oyununda "Qarabağ"ın qonağı olacaq Fransanın "Sent-Etyen" komandası bu gün Bakıya gələcək. SİA-nın məlumatına görə, Fransa təmsilçisinin baş məşqçisi Kristof Qaltye "Qarabağ" komandası ilə oyunda 19 futbolçunun xidmətindən yararlanacaq.
Bakıya gələn futbolçular sırasında Türkiyə yığmasının üzvü Mevlut Ərdinç də var. Zədədən əziyyət çəkən Loik Perren və Romen Amuma paytaxtımıza gətirilməyəcək.
"Sent-Etyen" komandasının heyətində qapıçılar - Stefan Ruffier, Jessi Moulin, Baptist Valletta, müdafiəçilər - Mustafa Bayal Sall, Conatan Brison, Florentin Poqba, Paul Baysse, François Klerk, Jerrold Nyemek, yarımmüdafiəçilər - Renaud Çohade, Fabien Lemoine, Jeremi Klement, Benjamin Korqnet, İsmail Diomande, hücumçular - Mevlut Ərdinç, Kevin Monnet-Paket, Yohan Mollo, Allan Sent-Maksimin və Maks-Alain Qradel yer alıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB