"Neftçi" klubunun sabiq baş məşqçisi Böyükağa Hacıyev komandanın hazırkı çalışdırıcısı Arif Əsədovun futbolçuların fiziki hazırlığının aşağı olması ilə bağlı fikrinə münasibət bildirib. SİA-nın məlumatına görə, B.Hacıyev azerisport.az saytına açıqlamasında bunları deyib: "Arif Əsədovun sözlərinə təəccübləndim. Axı komanda azlıqda qalmasına baxmayaraq, "Xəzər Lənkəran"a 50 dəqiqə müqavimət göstərdi, oyunu qələbə ilə başa vurdu. Avropa Liqasında iki səfər qələbəsi qazandıq. Belə olan halda fiziki hazırlıqda problem olmamalıdır. Digər tərəfdən A.Əsədov artıq 14-15 gündür ki, baş məşqçidir. Bu müddətdə həmin problemi aradan qaldırmalı idi. Əgər A.Əsədov komandaya müdafiə futbolu aşılayırsa, mən günahkar deyiləm. Fikrimcə, komanda yaxşı vəziyyətdədir və mükafatlar uğrunda mübarizə aparacaq gücdədir. Fiziki hazırlıqdan narazıdırsa, qoy Mehmet Akı "Neftçi"yə gətirsin. Onda yəqin problemləri həll olunar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB