“Odlar Yurdu Kuboku” adlı beynəlxalq turnir keçiriləcək

“Odlar Yurdu Kuboku” adlı beynəlxalq turnir keçiriləcək

18-20 sentyabr 2014-cü il tarixlərində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bakı şəhəri, Binə qəsəbəsində yerləşən "Binə Atçılıq Mərkəzi"nin açıq manejində atçılığın konkur növü üzrə "Odlar Yurdu Kuboku" adlı CSI2* kateqoriyalı beynəlxalq turnir keçiriləcək. SİA-nın məlumatına görə, turnirdə Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, Polşa, Ukrayna, İran və s. ölkələrin idmançılarının iştirakı gözlənilir. Yarışlarda ümumilikdə 25-ə yaxın idmançı və 50-ə yaxın at iştirak edəcək. Turnirə Azərbaycan, Türkiyə, Bolqarıstan və İrandan dəvət olunacaq hakimlər kollegiyası nəzarət edəcək. Yarışın ümumi mükafat fondu 44000 AZN təşkil edir. Turnir hər gün saat 12:00-da başlayır. Tamaşaçılar üçün giriş pulsuzdur.

Bütün xəbərlər Facebook səhifəmizdə