İbrahim Uzunca: "Qarşıdakı oyunlarda xal, eyni zamanda qələbə də qazanacağıq"
"Oyun istədiyimiz kimi gedirdi. Erkən qol bizi irəli atdı. Məşq etməməyimiz oyunun gedişində özünü göstərdi". SİA-nın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının 5-ci turunda doğma meydanda "Sumqayıt"la qarşılaşan "Bakı" klubunun baş məqşçisi İbrahim Uzunca matçdan sonra keçirilən mətbuat konfransında deyib.
O, səhvlərə yol verdiklərini qeyd edib: "İki səhvdən sonra qollar buraxdıq və uduzduq. Mən uşaqlardan razıyam, qarşıdakı oyunlarda xal, eyni zamanda qələbə də qazanacağıq. Ən qısa zamanda maddi durumun düzələcəyinə inanıram. Biz mübarizə aparan bir komandayıq, amma problemlər də sözünü deyir. İstənilən halda, "Bakı"nın adını qoruyub-saxlamaq üçün çalışırıq. Çatışmazlıqların üzərində çalışmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB