Topaz Premyer Liqasının 5-ci turunda səfərdə "Bakı" ilə qarşılaşan "Sumqayıt" ilk hissədə hesabda geri düşsə də, ikinci hissədə vurduğu qollarla oyundan qalib ayrılıb - 2:1. SİA-nın məlumatına görə, bu nəticədən sonra "gənclər şəhəri"nin təmsilçisi turnir cədvəlində yenidən ilk pilləyə yüksəlib.
Qarşılaşmadan sonra "Sumqayıt" klubunun baş məşqçisi Aqil Məmmədov mətbuat konfransında fikirlərini bildirib: "Bilirdik ki, çox çətin olacaq. Döyüşən komandaya qarşı oynadıq. İlk hissədə komandamdan razı qalmadım. İkinci hissədə isə toparlandıq və lazımi nəticəni əldə etdik. Bu oyunda azarkeşlərin də dəstəyini hiss etdik. Matçın gedişində zədə alan Slavik Alxasovun vəziyyəti ciddi deyil. Yaxın günlərdə komandaya qoşulacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB