Azərbaycan millisi qələbə qazanıb

Azərbaycan millisi qələbə qazanıb

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Jesolo şəhərində təşkil olunmuş dünya çempionatının seçmə oyunlarının ikinci mərhələsində növbəti oyununu keçirib.
Yunanıstan yığması ilə qarşılaşan millimiz 6:3 hesabı ilə qələbə qazanıb. Komandamızın heyətində Sabir Allahquliyev het-trik edib. Zeynal Zeynalov, Amid Nəzərov və Orxan Məmmədov hərəyə bir dəfə fərqləniblər.
Xatırladaq ki, bu mərhələdə keçirdiyi əvvəlki oyunlarda millimiz İngiltərə yığmasına 4:5, İsveçrə komandasına 2:4, Macarıstan millisinə isə 3:4 hesabı ilə məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə