Özbəkistanın paytaxtı Daşkənddə böyüklər arasında güləş üzrə dünya çempionatı davam edir. Çempionatın altıncı günündə 66, 80 və 130 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri yarışıblar.
Çempionatda 66 kiloqram çəki dərəcəsində mübarizə aparan dünya və Avropa çempionu Həsən Əliyev (66 kq) yarımfinaladək bütün rəqiblərini mübarizədən kənarlaşdırıb.
O, ardıcıl olaraq finlandiyalı Tero Valimakini, hindistanlı Sandip Yadavı, yaponiyalı Hideyuki Otoizumini və gürcüstanlı Revaz Laxşini məğlub edib.
Yarımfinalda Serbiya güləşçisi Davor Stefanek ilə gərgin keçən qarşılaşma rəqibin üstünlüyü ilə tamamlanıb. Həsən Əliyev bürünc medal uğrunda Litva idmançısı Edqaras Venkaitis ilə qarşılaşıb. Ancaq güləşçimiz rəqibinə uduzaraq dünya çempionatını beşinci sırada başa vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB