Sentyabrın 12-də "Sərhədçi" Olimpiya İdman Mərkəzində beşinci "Baku Open" Beynəlxalq karate turnirinin açılış mərasimi olub. SİA azərtac-a istinadən xəbər verir ki, mərasimdə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov çıxış edərək Prezident İlham Əliyevin ölkəmizdə bədən tərbiyəsinə və idmana, o cümlədən idmanın karate növünə göstərdiyi diqqət və qayğıdan, idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlardan söhbət açıb.
Federasiyanın prezidenti bildirib ki, Azərbaycanın Olimpiya hərəkatında fəal iştirakı, idmançılarımızın göstərdikləri yüksək nəticələr respublikamızın idman sahəsində potensial imkanları ilə yanaşı, eyni zamanda, bu sahəyə dövlət qayğısını əks etdirən göstəricilərdir. Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda bu siyasət Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Yaşar Bəşirov idmançılara uğurlar arzulayıb.
Azərbaycanın dövlət himni səsləndirilib.
Sonra federasiya tərəfindən turnirin fəxri qonaqlarına diplomlar təqdim edilib.
Azərbaycan Milli Karate Federasiyasının yaranmasının 20 illik yubileyinə həsr olunmuş yarışda Rusiya, Türkiyə, Xorvatiya, İsveçrə, İran, Tailand, Gürcüstan, Bolqarıstan, Özbəkistan, Çili, Braziliya, Qazaxıstan, Küveyt, Fransa və Suriya komandaları mübarizə aparacaqlar. Azərbaycanın bölgələri və milli komandalarının da qatıldıqları turnirdə, ümumilikdə, 300-dən artıq karateçi medallar uğrunda yarışacaqdır.
Turnirin ilk günündə böyüklər, ertəsi gün isə yeniyetmə və gənclər döyüşəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB