Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib

Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib

AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda "Xəzər Lənkəran" FK-nın futbolçusu Qalin İvanovun sarı vərəqəsinin ləğv edilməsi və "Simurq" PİK-in futbolçu Çeran Draqanın cəzasının yüngülləşdirilməsi ilə bağlı müraciətlərinə baxılıb. Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. "Xəzər Lənkəran" FK-nın futbolçusu Qalin İvanovun sarı vərəqəsinin ləğv edilməsi barədə müraciəti təmin olunmasın.

2. "Simurq" PİK-in futbolçusu Çeran Draqan barədə AFFA-nın İK qəbul etdiyi qərar qüvvəsində saxlanılsın.

Bütün xəbərlər Facebook səhifəmizdə