"Simurq"un daha bir yetirməsi milli komandaya dəvət edilib

"Simurq"un daha bir yetirməsi milli komandaya dəvət edilib

"Simurq" Peşəkar İdman Klubunun futbol məktəbinin yetirməsi Ravil Yusifov U-17 milli komandaya dəvət edilib. SİA-nın məlumatına görə, U-17-nin hücumçusu yığmanın sentyabrın 17-dən 25-dək Sumqayıt şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək.

Qeyd edək ki, R. Yusifov hazırda "Simurq"dan aşağı yaş qruplarından ibarət milli komandaya dəvət olunan yeganə futbolçudur.

Bütün xəbərlər Facebook səhifəmizdə