Tehranda "ECO Chess Cup 2014" beynəlxalq şahmat turniri keçirilir. Dairəvi sistem üzrə keçirilən bu turnirdə Azərbaycan qrossmeysteri Azər Mirzəyev də daxil olmaqla 10 şahmatçı iştirak edir. Yeddi turdan sonra iranlı Ehsan Qaem Maqami və Özbəkistandan olan qrossmeyster Marat Cumayev hərəyə 5,5 xal toplayaraq liderlik edirlər. Azər Mirzəyev liderlərdən yarım xal geri qalır.
Səkkizinci turda Azərbaycan nümayəndəsi turnirin iranlı lideri ilə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB