Bakıda çimərlik voleybolu üzrə Avropa çempionatı start götürüb FOTO

Bakıda çimərlik voleybolu üzrə Avropa çempionatı start götürüb FOTO

Bu gün Bakıda çimərlik voleybolu üzrə Avropa çempionatına (Bakı Masters) start verilib. SİA-nın xəbərinə görə, 20-dən çox ölkənin iştirak edəcəyi çempionat Pirşağıda yerləşən "Həyat Çimərlik və Voleybol Mərkəzi"ndə keçirilir.

Yarışda Azərbaycan, Almaniya, İtaliya, Rusiya, Ukrayına, Yunanıstan, Finlandiya və digər ölkələrin tanınmış idmançıları senyabrın 14-nə kimi birincilik uğrunda mübarizə aparacaq. Yarışın qaliblərinə 1-ci yer üçün 6000, 2-ci yer üçün 4000, 3-cü yer üçün 3000 avro pul mükafatı, kubok və medallar təqdim ediləcək.

AÇ ərəfəsində Avropa Voleybol Konfederasiyasının prezidenti Andre Meyer və I vitse-prezidenti Yan Xronik Bakıda olacaqlar.

Qeyd edək ki, 2014-cü ildə yaradılan Azərbaycan Çimərlik Voleybolu Assosiasiyanın prezidenti "Azəryolservis" ASC-nın sədri, millət vəkili Cavid Qurbanovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə