Yığmamız böyükhesablı qələbə qazanıb

Latviyanin Liepaya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. SİA-nın məlumatına görə, latviyalı həmyaşıdları ilə qarşılaşan yığmamız 6:0 hesabı ilə qələbə qazanıb. Qolları Emin Zamanov, Mənsur Nəhavəndi, Budaq Nəsirov, Bəhlul Mustafazadə, Vadim Ağarəhimov və Elnur Cəfərov vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə