“Şəmkir” klubuna texniki məğlubiyyət verildi

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:

5 sentyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionunun "Şəmkir" - "Turan-T" matçında "Şəmkir" klubu limiti pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir. Matçda göstərilmiş sarı vərəqələr qüvvədə qalır. Vurulmuş qollar ləğv edilir (maddə 98).

2014/2015 mövsümündə keçiriləcək "Neftçi" – "Xəzər Lənkəran" matçlarında baş verə biləcək hər hansı insidentin qarşısını almaq və eləcə də keçən mövsüm yaşanmış hadisələrin yenidən baş verməməsini nəzərə alaraq bu mövsüm də, İntizam Komitəsinin 2013/2014 mövsümündə qəbul edilmiş qərarlar qüvvədə saxlanılsın. Belə ki, "Neftçi" və "Xəzər Lənkəran" klublarının iştirakı ilə baş tutacaq Topaz Premyer Liqası və Azərbaycan kuboku matçlarında, bu klubların öz aralarında keçirəcəyi oyunlarda qonaq komandanın azarkeşlərinin stadionlarda iştirakına qadağa qoyulur.

Bütün xəbərlər Facebook səhifəmizdə