Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) prezidenti Yozef Blatter gələn il FİFA-nın yeni rəhbəri vəzifəsinə seçkilərdə iştirak edəcəyini təsdiqləyib. Blatter bunu Mançesterdə Soccerex konfransında elan edib. Xarici KİV-lər xəbər verir ki, Blatter konfrans iştirakçılarının gördükləri videomüsahibədə deyib: "Mənim missiyam hələ başa çatmayıb".
Blatterin sözlərinə görə, sentyabrın 25-26-da FİFA-nın İcraiyyə Komitəsinin iclasında o, öz namizədliyini rəsmən irəli sürəcəkdir. Əgər 79 yaşlı isveçrəli gələn il may ayında keçiriləcək seçkilərdə qalib gələrsə (UEFA-nın prezidenti Mişel Platini Blatterə rəqib olmaqdan imtina edəndən sonra Blatterin qələbə şansı çox böyükdür), o, artıq beşinci dəfə FİFA-ya rəhbərlik edəcəkdir. Blatter bu təşkilatın prezidenti vəzifəsinə ilk dəfə 1998-ci ildə seçilib.
Seçkilərdə Blatterin hələlik yeganə rəqibi FİFA-nın baş katibinin keçmiş müavini Jerom Şampandır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB