Serena Uilyams 60 milyon dollar qazanan ilk tennisçidir

Amerikalı tennisçi Serena Uilyams karyerası ərzində 60 milyon dollar qazanan ilk tennisçi olub. İTAR-TASS agentliyi xəbər verir ki, Serena Uilyams "US Open"in finalında danimarkalı Karolin Voznyatskini 6:3 hesabı ilə məğlub edib və qələbəyə görə 3 milyon dollar qazanıb. Bir milyon dolları isə o, qalibiyyət seriyasına görə alıb. İdmançı bu fəxri ada ardıcıl olaraq üçüncü dəfə layiq görülüb.

Əvvəllər S.Uilyams 1999, 2002, 2008, 2012 və 2013-cü illərdə ABŞ açıq çempionatının qalibi olub. O, Avstraliya açıq çempionatında (2003, 2005, 2007, 2009, 2010-cu illərdə), Fransa açıq çempionatında (2002, 2013-cü illərdə) və Uimbldonda (2002, 2003, 2009, 2010, 2012-ci illərdə) qalib gəlib.

Mükafatlara görə ikinci yeri rusiyalı Mariya Şarapova (30 milyon dollardan çox qazanıb) tutur.

Serena "Böyük şlem"in 18-ci yarışını udub və bu göstəricilərə görə Kris Evert və Martina Navratilova ilə bərabərləşib. İndi onlar "Şlemlər"də qalibiyyətlərin sayına görə ikinci yeri bölüşürlər. Birinci yeri isə 22 titullu Şteffi Qraf tutur.

Bundan başqa, Uilyams "Şlem"ləri qazandıran yarışlarda vaxt fasiləsinin uzunluğuna görə rekord vurub. İlk rekorda 1999-cu ildə sahib olan idmançı 15 ildən sonra 18-ci rekordunu vura bilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...