“Avro-2016”nın seçmə mərhələsinin növbəti oyunları keçiriləcək

“Avro-2016”nın seçmə mərhələsinin növbəti oyunları keçiriləcək

Sentyabrın 8-də "Avro-2016"nın seçmə mərhələsinin növbəti oyunları keçiriləcək. Azarkeşlər 3 qrupda 8 oyuna şahidlik edəcəklər. Son qitə birinciliyinin qalibi İspaniya doğma divarlar arasında Makedoniyanı sınağa çəkəcək.

sentyabrın 3-də Moskvada milli komandamızı 4:0 hesabı ilə məğlub edən Rusiya yığması isə Lixtenşteyni qəbul edəcək. "Ximki Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, ötən gün də 8 qarşılaşma baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə