"Qarabağ" klubu hazırlıqlarını davam etdirir

"Qarabağ" klubu hazırlıqlarını davam etdirir. SİA-nın məlumatına görə, Premyer Liqanın V turunda AZAL-ın qonağı olacaq komanda gündə 1 məşqlə kifayətlənir. "Qarabağ" milli oyunlar səbəbindən tam heyətlə çalışa bilmir. Fərqli yığmalara gedən futbolçuların olması məşqlərin tam heyətlə baş tutmamasına səbəb olur. Baş məşqçi Qurban Qurbanov əvəzedici heyətdən də bir neçə futbolçunu əsas heyətin məşqlərinə çağırıb. Elçin İsmayılov, Seymur Abdullayev, Elnur Mustafayev, Elçin Rəhimli, Fuad Məmmədzadə əvəzedici heyətdən əsas komandaya dəvət edilib. Komanda ümumlikdə 15-16 futbolçunun iştirakı ilə məşqlərini davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə