DÇ-2014: ilk gün 1 bürünc medal şansı

8-14 sentyabr 2014-cü il tarixində Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə dünya çempionatı keçirilir. SİA-nın məlumatına görə, çempionatın ilk günündə 57, 70, 86 və 125 kq çəki dərəcəsində sərbəst güləşçilər mübarizə aparıb.

86 kq çəki dərəcəsində təmsilçimiz Həmzət Osmanov mübarizəyə irlandiyalı Aleksandr Dollini məğlub edərək başlayıb. Ardınca o, 2012-ci il London Olimpiya Oyunlarının gümüş mükafatçısı Puerto Riko təmsilçisi Jeym Espinalı və Rumıniya güləşçisi Georgita Stefanı mübarizədən kənarlaşdırıb. Yarımfinalda Kuba idmançısı Perez Salasa minimal hesabla uduzan güləşçimiz bürünc medal şansını saxlayıb. Həlledici görüşdə onun rəqibi təsəlliverici görüşlərdən sonra məlum olacaq.

57 kq
1/16 final - Əhmədnəbi Qvarzatilov - Aleksandru Çirtoaca (MDA) 8:2
1/8 final - Əhmədnəbi Qvarzatilov - Vladimir Xinçeqaşvili 2:8
Təsəlliverici görüş - Quispre (CHİ) - Əhmədnəbi Qvarzatilov 0:11
Təsəlliverici görüş - Əhmədnəbi Qvarzatilov - Andreyev (BLR) 0:6

70 kq
1/8 final - Ruslan Dibirhacıyev - Yevgeni Nedealco (MDA) 6:4
1/4 final - Zəlimxan Yusupov (TJK) - Ruslan Dibirhacıyev 3:0

86 kq
1/16 final - Aleksandr Dolli (İRL) - Həmzət Osmanov 0:6
1/8 final - Jeym Espinal (PUR) - Həmzət Osmanov 3:4
1/4 final - Həmzət Osmanov - Georgita Stefan (ROU) 10:0
1/2 final - Həmzət Osmanov - Perez Salas (CUB) 0:1
Bürünc medal görüşü - Həmzət Osmanov

125 kq
1/16 final - Aslan Dzebişov - Ayaal Lazerev (KGZ) 4:1
1/8 final - Taha Akgül (TUR) - Aslan Dzebişov 4:0
Təsəlliverici görüş - Riçard Csercsics (HUN) - Aslan Dzebişov - 2:6
Təsəlliverici görüş - Aslan Dzebişov - Tervel Dlagnev (USA) 1:3

Açılış mərasimi Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Saat 19:00-dan etibarən isə final görüşləri baş tutacaq. Final qarşılaşmaları "İdman Azərbaycan" kanalı ilə canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə