Millimiz Dünya kubokunda 3-cü oldu

Bakıda Polo üzrə dünya kuboku yarışlarına yekun vurulub. SİA-nın məlumatına görə, paytaxtımızda ikinci dəfə təşkil olunan turnirin qalibi Argentina komandası olub. "Binə Atçılıq Mərkəzi"nin Polo Arenasındakı yarışlarda Azərbaycanla yanşı Argentina, Amerika Birləşmiş Ştatları və Avropdan dörd peşəkar komanda iştirak edib. Dünya Kubokunun sonuncu günü turnirin qalibi və mükafatçıları məlum olub. Əvvəlcə 3-cü yer uğrunda Azərbaycan və Amerika Birləşmiş Ştatları komandaları qaşılaşıb. Görüş Azərbaycan Polo komandasının 8:4 hesablı qələbəsi ilə yekunlaşıb. Final matçında isə Avropa və Argentina komandaları üz-üzə gəlib. 1 il əvvəl həlledici görüşdə Avropa təmsilçilərinə uduzan Cənubi Amerikalılar bu dəfə qələbə qazanıblar. Argentina təmsilçiləri 8:5 hesabı ilə qalib gəliblər. Beləliklə, Argentina komandası polo üzrə 2-ci Dünya Kuboku yarışlarının qalibi olub. Avropa komandası ikinci, Azərbaycan seçməsi isə 3-cü yeri tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə