Vaqif Cavadov: "Millidə azərbaycanlı futbolçuların oynamasının tərəfdarıyam"
"Bolqarıstanla oyuna çox ciddi hazırlaşmışıq". SİA-nın məlumatına görə, bu sözləri bu gün keçirilən mətbuat konfransında futbol üzrə Azərbaycan milli komandasının üzvü Vaqif Cavadov deyib. Futbolçu oyunda qələbə qazanmaq üçün əllərindən gələni edəcəklərini qeyd edib: "Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. İstəyirik ki, yaxşı nəticə əldə edək və komandada inam yaransın. Özümü oyuna tam hazır hiss edirəm. Baş məşqçi uyğun görsə, əsas heyətdə yer alacam. İstərdim ki, stadion azarkeşlərlə dolu olsun. Bu amil də futbolçulara təsir edir. Bizi sonadək dəstəkləsinlər".
O, rəqibin mətbuata verdiyi açıqlamalarına məhəl qoymadıqlarını, əksinə bu açıqlamaların onlara motivasiya olduğunu bildirib: "Mən oyuna qədər medianı izləmirəm. Ancaq sizdən və digərlərindən bu barədə eşidəndə onların açıqlamaları bizə motivasiya verir".
V. Cavadov Reynaldonun milliləşdirilməsi təklifi barədə də danışıb: "Reynaldonun milliləşdirilməsi məsələsinə qarışa bilmərəm. Düzdür, millidə azərbaycanlı futbolçuların oynamasının tərəfdarıyam. Ancaq baş məşqçi uyğun görürsə, milliyə xeyir verəcəklərsə, gəlsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB