Berti Foqts: "Bütün oyunlara qələbə qazanmaq üçün çıxırıq"

"Komandamızın Bolqarıstanla oyuna hazırlığından razıyam". SİA-nın məlumatına görə, bu sözləri futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün keçirilən mətbuat konfransında deyib. O, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da keçiriləcək Azərbaycan - Bolqarıstan oyunu barədə danışıb: "Oyunçularla söhbətlər aparmışam. Yoxlama oyunlarında edilən səhvləri rəsmi oyunlarda təkrarlamaq olmaz. Futbolçular məsuliyyəti dərk edirlər və oyunda 90 dəqiqə əllərindən gələni edəcəklər".

Baş məşqçi matça qələbə üçün çıxacaqlarını qeyd edib: "Neçə ildir buradayam. Heç bir oyuna heç-heçə üçün çıxmamışıq. Bütün oyunlara qələbə qazanmaq üçün çıxırıq. Sabah seçmə mərhələnin ilk rəsmi oyunudur. Rəsmi oyunlarda heyətlə bağlı eksperimentə yol vermək olmaz. Ancaq elə vaxt olur ki, hansısa mövqedə futbolçu çatışmır. O zaman mən bir neçə mövqedə oyanaya bilən futbolçulardan istifadə edirəm. Keçmişə baxanda komandada irəliləyiş var".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...