Polşanın Qlivitse şəhərində qadın boksçular arasında keçirilən beynəlxalq turnirə yekun vurulub. SİA-nın xəbərinə görə, 100-dək idmançının çıxış etdiyi yarışda millimizin üzvü, 54 kq çəki dərəcəsində mübarizə aparan Anna Əlimərdanova 1-ci yerə layiq görülüb. O, finalda çexiyalı Lenka Kardovanı 3:0 hesabı ilə məğlub edib.
Əlimərdanova həm də turnirin ən texnikalı boksçusu üçün ayrılmış xüsusi mükafata da layiq görülüb. Digər boksçumuz Yana Alekseva isə yarımfinalda uduzaraq, 3-cü yerlə kifayətlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB