Rövnəq Abdullayev: "Forma satışının təşkili futbolun kommersiyalaşması baxımından vacibdir"
"Park Bulvar" alış-veriş mərkəzində "Bakcell" şirkətinin dəstəyi ilə Azərbaycan milli komandasının "Fan Shop"unun acılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə, həmçinin, Azərbaycan futbolunun əfsanəvi nümayəndəsi Anatoli Banişevskinin eksklüziv futbolkasının (SSRİ yığmasının replica maykası) təqdimatı və satışı təşkil olunub.
AFFA rəhbərliyi, "Bakcell" şirkətinin nümayəndələri, futbol veteranları, Anatoli Banişevskinin ailə üzvləri, futbol ictimaiyyəti və media mənsublarının iştirak etdiyi tədbirin sonunda AFFA-nın prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlama verib: "Forma satışının təşkili təkcə milli komandada yox, klublarda da həyata keçirilməlidir. Bu, futbolun kommersiyalaşması baxımından vacibdir. Forma və atributların satışa çıxarılması həm federasiyalara, həm də klublara maddi dəstəkdir. Bu, eyni zamanda, futbolun bir reklamıdır. Dünyanın müxtəlif klubları bu strategiyanı uğurla həyata keçirirlər. Həm millimiz, həm də AFFA üçün "fan-şop"un açılması mühüm hadisədir. Gələcəkdə Bakının müxtəlif yerlərində "fan-şop"ların açılması nəzərdə tutulub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB