Mübariz Xudiyev: "İnanıram ki, gələcəkdə də bu uğurlarımızın davamını gətirəcəyik"

"Neftçi" PFK-nın vitse-prezidenti vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən Mübariz Xudiyev açıqlama verib. SİA-nın məlumatına görə, o, "Neftçi"nin Azərbaycan futbolunun ən köklü, eyni zamanda ən titullu klubu olduğunu qeyd edib: "Komandamız son 4 mövsümdə 3 dəfə çempion olub və 2 dəfə ölkə kubokunu qazanıb. Bu müddətdə "Neftçi" Avropa Liqasının qrup mərhələsində çıxış edib və bu mövsüm də play-off mərhələsində mübarizə aparıb. Bu nailiyyətləri başda klub prezidenti olmaqla komanda şəklində əldə etmişik.

Fəaliyyətim müddətində heç zaman komandamızın uğurları üçün əlimdən gələni əsirgəməmişəm. Çalışacağam ki, bundan sonrakı fəaliyyətimdə də üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gəlim. İnanıram ki, gələcəkdə də bu uğurlarımızın davamını gətirəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə