Futbol üzrə "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində Azərbaycan - Bolqarıstan oyununu idarə edəcək hakimlər müəyyənləşib. Sentyabrın 9-da "Bakcell Arena"da keçiriləcək oyunu israilli baş hakim Alon Yefet idarə edəcək. Ona həmyerliləri Danny Krasikov, David Elias Bitton və Nissan Davidy kömək edəcəklər.
Matçın hakim-inspektoru Krister Fallström (İsveç), UEFA nümayəndəsi isə Jevgenijs Milevskis (Latviya) olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB