Bakının “İnter” futbol komandası yoxlama oyunu keçirəcək

Bakının “İnter” futbol komandası yoxlama oyunu keçirəcək

Çempionatda yaranmış fasilədən istifadə edərək Bakının "İnter" futbol komandası yoxlama oyunu keçirməyi planlaşdırır. Klubdan bildiriblər ki, sentyabrın 6-da baş məşqçi Kaxaber Sxadadzenin yetirmələri "Sumqayıt"la qarşılaşacaqlar. Oyun "Bakı" futbol klubunun təlim-məşq bazasında keçiriləcəkdir.

Qeyd edək ki, cari mövsümdə "İnter" və "Sumqayıt" komandaları arasında görüş Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində keçirilib. Həmin matç "İnter"in 5:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə