“Baku Open 2014” şahmat festivalında C turniri start götürür

“Baku Open 2014” şahmat festivalında C turniri start götürür

Sentyabrın 6-da Respublika Şahmat Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 23-cü ildönümünə həsr olunmuş "Baku Open 2014" Beynəlxalq şahmat festivalında C turniri ( 12 yaşadək uşaqlar arasında) start götürəcək.

Azərbaycan Şahmat Federasiyasından bildiriblər ki, turnirdə Özbəkistan və Qırğızıstandan, həmçinin ölkəmizin müxtəlif şəhər və rayonlarından 114 zəka sahibi qələbə uğurunda mübarizə aparacaq.

Turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olaraq keçiriləcək və sentyabrın 14-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə