Elxan Məmmədov: "Bir azarkeş kimi mən də Reynaldonu millimizdə görmək istərdim"
"Bolqarıstanla oyundan 3 xal gözləyirik. Fikrimcə, yığmamız bu qrupda 3-cü yer uğrunda mübarizə aparmağa qadirdir". SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı keçiriləcək oyun barədə danışarkən deyib. O, millimizin ötən seçmə mərhələdə dördüncü olduğunu, indi daha yüksək yerlər uğrunda mübarizə aparacağını, komandanın bunun məsuliyyətini dərk etdiyini qeyd edib.
Baş katib U-21 yığmamızın İsrail millisi üzərindəki qələbəsi barədə də danışıb: "Bu, çox yaxşı qələbədir. Görünür, komandamızın üzvləri səfərdəki 2:7 hesablı məğlubiyyəti unutmayıbmış.
Bernard Lippert bizə mövsüm başa çatandan sonra istefa verərək, texniki müdir kimi fəaliyyətini davam etdirmək istədiyini bildirib. Biz seçmə mərhələnin gedişində heç vaxt baş məşqçinin dəyişməsi ilə bağlı qərar qəbul etmirik. Təbii ki, baş məşqçi istefa ərizəsini yazırsa, bu başqa məsələdir. Üstünlük veririk ki, seçmə mərhələ bitəndən sonra qərar verək. Seçmə mərhələ bitəndən sonra bir də AFFA prezidenti Rövnəq Abdullayevə bu barədə məlumat veriləcək. Sonra növbəti İcraiyyə Komitəsinin iclasında müzakirə olunacaq. Lippertə tövsiyyə etmək lazımdır ki, Portuqaliya ilə oyundan öncə də istefasından danışsın, bəlkə, orada da qələbə qazandıq".
E.Məmmədov Reynaldonun milliləşdirilməsi məsələsinə də toxunub: "Bir azarkeş kimi mən də Reynaldonu millimizdə görmək istərdim. Amma biz öncədən qərar vermişik ki, yığmamızda azərbaycanlı futbolçular çıxış etməlidirlər. FİFA-nın qaydaları var və ona əməl etmək lazımdır. Milliləşdirilən futbolçu ən azı 5 il həmin ölkədə çıxış etməlidir. Hər şeyə FİFA qərar verəcək. Biz FİFA-ya məktub yaza və Reynaldonun yığmamızda oynamaq istədiyini deyə bilərik. Amma digər idman növləri ilə müqayisədə futbolda çətindir. Yığmamızda çıxış edən türklərə gəlincə, biz boş yerə "bir millət, iki dövlət" deyimini işlətmirik ki. Reynaldo Azərbaycanda 17 aydır çıxış edir. Ayın 18-nə qədər onunla söhbətimiz olacaq. Onu da soruşmaq lazımdır ki, Reynaldo sabah hansısa başqa kluba keçəcəyi halda, yığmamıza gələcəkmi?".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB