Berti Foqts: "Bolqarıstanla görüşdə daha yaxşı oyunun şahidi olacağıq"
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts jurnalistlərin suallarını cavablandırıb. SİA-nın məlumatına görə, o, Rusiya ilə yoxlama oyununda yığmamızın 0:4 hesablı məğlubiyyətindən danışıb: "Müdafiədə buraxdığımız dörd səhvə görə məğlub olduq. Müdafiə düzgün qurulmamışdı. Rəqib bizdən sürətli idi. Dünya çempionu Almaniya yığması da Argentina ilə oyunda 4 qol buraxdı. Yoldaşlıq oyunları daha çox yoxlama üçün vacibdir.
Bizim müdafiə xəttindəki problemlər təkcə mərkəzlə bağlı deyil. Cinahlarda da problemlərimiz var. Rusiyaya məğlubiyyətin futbolçularda psixoloji baxımdan problem yaradacağını düşünmürəm. Bolqarıstanla görüşdə biz daha yaxşı oyunun şahidi olacağıq. "Qarabağ"ın oyunçuları göstərdilər ki, onlar təkcə klublarını düşünmürlər.
Rasim Ramaldanov bəzi oyunlarda özünü pis tərəfdən göstərmədi. Amma son zamanlar onda nə isə alınmır".
Əsas komandada kifayət qədər gənc futbolçunun olduğunu qeyd edən baş məşqçi Maksim Medvedevin cəzalı olduğu üçün milliyə kömək edə bilmədiyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB