Azərbaycan Yay Paralimpiya Oyunlarına 2 lisenziya qazanıb

Azərbaycan millisi 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək XV Yay Paralimpiya Oyunlarına 2 lisenziya qazanıb. SİA-nın xəbərinə görə, yığmamız bu uğura ABŞ-ın Kolorado ştatının Sprinqs şəhərində keçirilən cüdo üzrə dünya çempionatının ilk günündə imza atıb.

Belə ki, komandamızın heyətində Bayram Mustafayevlə (66kq) Ramin Qasımov (73 kq) bütün rəqiblərinə qalib gələrək, qızıl medala layiq görülüblər. Bu isə onların Paralimpiadaya vəsiqə qazanmaları ilə nəticələnib.

Onlardan fərqli, Səbinə Abdullayeva bu şansı son anda əldən verib. 57 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçumuz finalda uduzduğundan lisenziyaya sahib ola bilməyib və gümüş medalla kifayətlənib.

Qeyd edək ki, mundiala Azərbaycan 12 cüdoçu ilə yollanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...