"Neftçi"də yeni təyinat

"Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə klubdaxili iclas keçirilib. SİA-nın məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul edilib:

1. Vitse-prezident səlahiyyətlərinin icrası müvəqqəti olaraq "Neftçi" PFK-nın icraçı direktoru Mübariz Xudiyevə tapşırılsın.

2. Şükürov Elnur Əşrəf oğlu klub prezidentinin müşaviri vəzifəsinə təyin edilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə