Böyükağa Hacıyev istefa verdi: "İstirahətə ehtiyacım var"

Böyükağa Hacıyev istefa verdi: "İstirahətə ehtiyacım var"

"Neftçi" PFK-nın baş məşqçisi Böyükağa Hacıyev klub prezidenti Sadıq Sadıqova istefa ərizəsini təqdim edib. SİA-nın məlumatına görə, "Neftçi" PFK-nın prezidenti onun istefasını qəbul edib. Klub adından Böyükağa Hacıyevə göstərdiyi xidmətlərə görə təşəkkür edilib və ona gələcək fəaliyyətində uğurlar arzulanıb.

Təcrübəli mütəxəssis istefası ilə bağlı açıqlama verib: "Yorulmuşam. İstirahətə ehtiyacım var. Ona görə istefa ərizəmi klub prezidentinə təqdim etdim. Komanda rəhbərliyinin təkidinə baxmayaraq, tutduğum vəzifədən istefa verdim. Karyeramın ən böyük uğurlarını "Neftçi"də qazanmışam. Klub prezidenti Sadıq Sadıqova bu müddət ərzində hər zaman mənə dəstək olduğu üçün təşəkkürümü bildirirəm. Komandaya gələcək oyunlarda uğurlar arzu edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə