Bu gün yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00), Moskva şəhərindəki "Ximki Arena"da futbol üzrə Rusiya və Azərbaycan milliləri arasında beynəlxalq yoldaşlıq oyunu keçiriləcək. SİA-nın məlumatına görə, qarşılaşmanı özbəkistanlı FIFA referisi Ravşan İrmatov idarə edəcək. Onun köməkçiləri həmyerliləri Abduhamidullo Rəsulov və Əlişer Usmanov olacaq.
Rusiya - Azərbaycan oyunu "İdman Azərbaycan" kanalı vasitəsilə canlı yayımlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB